Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın sabiq baş komandanı 2023-cü ildə əks-hücumun iflasında Zelenskini günahlandırıb

2023-cü ilin əks-hücum planı düzgün həyata keçirilməyib, çünki Prezident Volodimir Zelenski və digər rəsmilər bu məqsəd üçün lazım olan resursları ayırmayıb.

Bu fikirləri Ukraynanın Böyük Britaniyadakı səfiri, Ukrayna ordusunun sabiq baş komandanı Valeriy Zalujnı “Associated Press“ə müsahibəsində bildirib.

Zalujnı NATO tərəfdaşları ilə birlikdə hazırladığı əks-hücum planının Zelenski və digər dövlət rəsmilərinin lazım olan resursları təmin etməməsi səbəbindən uğursuz olduğunu qeyd edib.

O deyib ki, ilkin planın məqsədi Zaporojye bölgəsinin bir hissəsini, o cümlədən Zaporojye Atom Elektrik Stansiyasını azad etmək, daha sonra isə cənuba - Azov dənizinə doğru irəliləmək olub. Zalujnı vurğulayıb ki, bu, Rusiya ordusunun müvəqqəti işğal altında olan Krımı təchiz edən quru dəhlizini kəsmək üçün nəzərdə tutulubmuş.

Zalujnının sözlərinə görə, planın uğur qazanması üçün bir istiqamətdə böyük bir qüvvənin cəmlənməsi vacib hesab olunub, lakin hərbi qüvvələr geniş cəbhə boyunca yayılıb, bu da zərbə gücünü zəiflədib.

AP-nin məlumatına görə, iki qərbli təhlükəsizlik rəsmisi anonimlik şəraitində jurnalistlərə təsdiq edib ki, ilkin plan daha konsentrasiya olunmuş qüvvələrin istifadəsini nəzərdə tutub.