Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ İrandan nüvə proqramını ləğvini tələb edib, əks halda hərbi tədbirlər görüləcək

“Amerika Birləşmiş Ştatları açıq şəkildə bildirib ki, İran nüvə proqramını, o cümlədən uranı zənginləşdirmək imkanlarını tamamilə ləğv etməlidir və xəbərdarlıq edib ki, Tehran bu tələbləri yerinə yetirməzsə, digər variantlar, o cümlədən hərbi tədbirlər gündəmdə qalacaq”.

Bu barədə “Fox News” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə Vaşinqton istənilən razılaşmanın İranın nüvə proqramının, o cümlədən uranın zənginləşdirilməsi imkanlarının, tam ləğvi, həmçinin Tehranın ballistik raket proqramına məhdudiyyətlər qoyulması və HAMAS və “Hizbullah” kimi müttəfiq silahlı qruplara dəstəyin dayandırılması ilə nəticələnməli olduğunu müdafiə edir.