Sarkisyanın Ermənistandan çıxışına qoyulan qadağa ləğv edilib
19 Fevral 2026
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyana qarşı yeni cinayət işinin ilkin istintaq mərhələsində tətbiq edilən ölkədən çıxış qadağası ləğv edilib.
“Armenpress” xəbər verir ki, bu barədə Antikorrupsiyaya Məhkəməsi məlumat yayıb.
Ermənistan Baş Prokurorluğu məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, 5 noyabr 2025-ci ildə Serj Sarkisyan barəsində cinayət işi başlanıb.