I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq
18 May 2026
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Hərbçi itkin-şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-də Bərdə rayonu Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, R.Piriyev 1994-cü ildə Kəlbəcər rayonu Qızılqaya yüksəkliyində itkin düşüb.