Logo
news content
User
Kateqoriyalar

Xəbər

Venesuela müxalifətinin lideri Nobel mükafatını Trampa verməkdən imtina edib

Norveç Nobel Komitəsi Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatından ABŞ prezidenti Donald Trampa vermək tələbini rədd edib.

Bu barədə Haber Global"xəbər verir.

Qeyd olunub ki, Norveç Nobel Komitəsi Nobel Fondunun nizamnaməsinə istinadən bildirib ki, mükafat elan edildikdən sonra onu ləğv etmək, paylaşmaq və ya başqalarına vermək olmaz.

Bəyanatda mükafatın verilməsi qərarının qəti olduğu, apellyasiyaya tabe olmadığı vurğulanıb və komitənin mükafatı aldıqdan sonra mükafat alanların hərəkətləri və ya ifadələri barədə şərh vermədiyi qeyd edilib.