İsrail ABŞ-nin İrana müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətindədir
11 Yanvar 2026
İsrail son illərin ən böyük hökumət əleyhinə etirazları fonunda ABŞ-nin İrandakı vəziyyətə müdaxilə etmə ehtimalı ilə əlaqədar yüksək hazırlıq vəziyyətindədir.
Bu barədə "Reuters" üç İsrail mənbəyinə istinadən məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp son günlər İranı dəfələrlə müdaxilə ilə hədələyib və hökuməti nümayişçilərə qarşı güc tətbiq etməkdən çəkindirməyə çalışıb. Şənbə günü Tramp bəyan edib ki, ABŞ İran xalqına kömək etməyə hazırdır.
Eyni zamanda, həftəsonu İsrail Təhlükəsizlik Xidmətinin məsləhətləşmələrində iştirak edən nəşrin mənbələri yüksək hazırlığının təfərrüatını dəqiqləşdirməyiblər.
Xatırladaq ki, ötən ilin iyun ayında İsrail və İran arasında 12 günlük müharibə olub və ABŞ İrana hava zərbələri endirib.
Məlumatda bildirilib ki, İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ-nin dövlət katibi Marko Rubio Ağ Evin İrana müdaxilə etmə ehtimalını müzakirə ediblər.
İsrail etirazlar fonunda İrandakı vəziyyətə müdaxilə ilə bağlı açıqlama yaymasa da, bu, İranın nüvə və ballistik raket proqramları ilə əlaqədar narahatlıqlar səbəbindən aktualdır.