İran Parlamentinin sədri xəbərdarlıq edib: ABŞ və İsrail ordusu hədəfimizə çevriləcək
11 Yanvar 2026
Vaşinqton hərbi hücuma keçərsə, İsrail və ABŞ ordusu, eləcə də gəmiçilik mərkəzləri qanuni hədəf olacaq.
Bu barədə İran Parlamentinin (İran İslam Şurası Məclisi) sədri Məhəmməd Baqer Qalibaf bildirib.
“ABŞ-ın hərbi hücumu halında həm İsrail, həm də Amerika hərbi və gəmiçilik mərkəzləri bizim qanuni hədəflərimiz olacaq", - Qalibaf qeyd edib.