Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Pokrovskda Rusiyanın onlarla texnikasını məhv edib

Ukrayna Silahlı Qüvvələri (SQ) Rusiyanın Pokrovsk rayonunda yerləşdirdiyi onlarla zirehli texnikanı məhv edib.

Bu barədə Ukrayna desant-hücum qoşunlarının 7-ci sürətli reaksiya korpusu məlumat yayıb.

Məlumata görə, "Lasar qrupu" adlanan xüsusi təyinatlıların zərbə məntəqəsi atəş nəticəsində Rusiyaya aid "9K33 Osa" (SA-8) zenit-raket kompleksi, iki tank, bir döyüş zirehli maşını, həmçinin sursat daşıyan hərbi avtomobili məhv edib.

Bundan əlavə, "Lasar qrupu"nun bölmələri beş tank, altı döyüş zirehli maşını, iki hərbi avtomobil və dörd minik nəqliyyat vasitəsinə ziyan vurublar.