Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb

Belçikanın Jenap kommunasında iki naməlum şəxs "Napoleonun Son Qərargahı" muzeyinə daxil olaraq kolleksiyadan bir neçə əşya oğurlayıb.

Bu barədə RTBF telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan əşyalar arasında birbaşa Napoleona məxsus brilyant qaşlı qızıl üzük, həmçinin Napoleon dövründə buraxılmış qızıl və gümüş sikkələri olub.

Hadisə ilə bağlı istintaq başlanıb.