Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rubio: Moskva Cənubi Qafqaz ölkələri əlaqələrimizin güclənməsindən məmnun deyil

Rusiya Cənubi Qafqazda ABŞ-nin mövcudluğunun güclənməsinə mənfi yanaşır.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio Kapitolidə keçirilən dinləmələrdə bəyan edib.

"Həmçinin qeyd etmək istərdim və mənə elə gəlir ki, bu, açıq mənbələrdən kifayət qədər yaxşı məlumdur - Rusiya region ölkələri ilə qarşılıqlı əlaqələrimizin fəallaşmasından heç də məmnun deyil", - o qeyd edib.

Rubionun sözlərinə görə, Moskva Vaşinqton və İrəvanın artan əməkdaşlığı fonunda Ermənistandakı hazırkı hakimiyyətin seçkilərdə uduzmasını üstün tutardı.

O vurğulayıb ki, ABŞ Ermənistanın suverenliyinə qəsd etmək niyyətində deyil və onun xarici siyasət qərarlarına qarışmır.

"Aydın olsun deyə: biz Ermənistanın suverenliyinə qəsd etmək fikrində deyilik. Onlardan digər ölkələrlə dostluq etməmələrini xahiş etmirik. Biz sadəcə onlarla təkcə sülhə əsaslanmayan münasibətlərə malik olmaq istəyirik. Sülh vacibdir, lakin bu, yalnız başlanğıcdır", - Rubio deyib.