Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski və Uitkoff arasında danışıqlar olub, sabah da davam edəcək

Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüş keçirib.

Bu barədə Ukrayna lideri özü sosial media hesablarında məlumat yayıb.

Görüşün əsas mövzusu ABŞ-nin sülh planıdır.

Ukrayna tərəfində danışıqlarda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov da iştirak edib. Görüşə Almaniya kansleri Fridrix Merts də qatılıb.

Daha sonra Fridrix Merts Ukrayna lideri Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff arasında keçirilən görüşü tərk edib. Mertsin köməkçisi Günter Sautter danışıqlarda iştirak edir. Kanslerin görüşdən çıxmasının səbəbi açıqlanmayıb.

Bir neçə saatlıq danışıqlardan sonra tərəflər fasilə vermək qərarına gəliblər. Nümayəndə heyətləri arasında danışıqlar 15 dekabrda davam edəcək, təkliflərin təfərrüatları hələ açıqlanmayıb.