Logo
news content
User
Kateqoriyalar

Xəbər

SEPAH-ın komanda-idarəetmə məntəqələri məhv edilib

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komanda-idarəetmə məntəqələrinin məhv edildiyini bildirib.

Bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Davam edən əməliyyatlar çərçivəsində ABŞ qüvvələri SEPAH-ın komanda-idarəetmə məntəqələrini, hava hücumundan müdafiə vasitələrini, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançalarını, həmçinin hərbi aerodromları məhv edib", - məlumatda qeyd olunub.

Eyni zamanda, bildirilib ki, Birləşmiş Ştatlar bundan sonra da yaxınlaşan təhdidlərə qarşı "qətiyyətli tədbirlər görməyə" davam edəcək.