Tramp yenidən Nobel Sülh Mükafatına namizəd göstərilə bilər
01 May 2026
ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.
Bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.
Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.
O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.
"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.