Tramp hesab edir ki, Ukrayna böhranı tezliklə həll olunacaq
13 May 2026
ABŞ Prezidenti Donald Tramp Ukrayna ətrafındakı münaqişənin yaxın zamanda nizamlanacağına inandığını bildirib.
Amerika lideri bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı, Çinə yola düşməzdən əvvəl danışıb.
“Düşünürəm ki, Ukraynadakı münaqişənin başa çatması artıq çox yaxındır”, – deyə Tramp vurğulayıb.
ABŞ prezidenti həmçinin bildirib ki, Ukraynada nizamlanmaya yardım etmək üçün əlindən gələn hər şeyi etməyə hazırdır.