Azərbaycan iqtisadiyyatı geriləmədən çıxıb
13 May 2026
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 875.1 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0.2 faiz çoxdur.
Aprel hesabatına əsasən, qeyri-neft-qaz sektorunda 0.7 faiz artım müşahidə olunsa da, neft-qaz sektorunda əlavə dəyər 0.9 faiz azalıb.
Qeyd edək ki, ilin ilk rübündə (yanvar-mart) ölkə iqtisadiyyatında 0.3 faiz kiçilmə qeydə alınmışdı.
Müstəqil iqtisadçılar ÜDM-dəki son artımı, əsasən, son aylarda dünya bazarında neftin bahalaşması ilə izah edirlər. Bununla belə, ölkədə neft hasilatı azalmağa doğru gedir.
Azərbaycan ixracının 85 faizi neft və qazın payına düşür.