Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian danışıqların bərpası üçün ABŞ-a şərt irəli sürüb

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib.

Bu barədə "Press TV" məlumat yayıb.

Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğunu bəyan etməklə yanaşı, Tehrana təzyiq göstərməyə davam edir. Pezeşkianın fikrincə, bu siyasət vəziyyətin həllinə kömək etmir.

"İran təzyiq, təhdid və ya blokada altında məcburi danışıqlara getməyəcək".

O, ABŞ-ı dialoqa maneələri aradan qaldırmağa, xüsusən də Hörmüz boğazının blokadasını ləğv etməyə çağırıb.

ABŞ və İran arasında ötən həftə uzadılmış atəşkəs hazırda qüvvədədir, lakin boğazdan gəmiçilik trafiki minimal olaraq qalır: münaqişədən əvvəl 130 gəmi ilə müqayisədə gündə cəmi beş gəmi boğazdan keçir.