Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açılıb, Tramp təcili evakuasiya edilib
26 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp şənbə günü ABŞ paytaxtındakı bir oteldə keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulundan təhlükəsizlik insidenti səbəbindən təxliyə edilib.
Canlı yayım görüntülərinə görə, zalda güclü partlayışlar baş verib, ardınca xaos yaşanıb.
Məxfi Xidmət agentləri prezidenti, birinci xanım Melaniya Trampı, vitse-prezident Ceyms Devid Vensi və Ağ Evin mətbuat katibi Kerolayn Livitti səhnədən müşayiət ediblər.
Donald Tramp öz “Truth” hesabında yazıb. ki, Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışma zamanı ABŞ administrasiyasından heç kim xəsarət almayıb.
"Birinci xanım Melaniya Tramp, vitse-prezident Ceyms Devid Vens və bütün hökumət üzvləri mükəmməl vəziyyətdədirlər", - Tramp yazıb.
O, mətbuat konfransında atəş açan şəxsin çox güman ki, təkbaşına hərəkət etdiyini deyib.
"Atıcı çox güman ki, təkbaşına hərəkət edib. Çox tezliklə bunu biləcəyik", - Tramp deyib.
Tramp bundan başqa həmin şəxsin bir neçə silahla silahlandığını bildirib.
Tramp onu da qeyd edib ki, hadisə zamanı ABŞ Gizli Xidmətinin əməkdaşlarından biri vurulub, lakin onun zirehli geyimi onu ciddi xəsarətdən xilas edib.
"Zabitlərdən biri vurulub, lakin onun güllə keçirməyən jilet geyinməsi onu xilas edib. O, çox yaxın məsafədən çox güclü silahla vurulub, amma jileti işə yarayıb. Mən həmin zabitlə danışdım və o, əla vəziyyətdədir", - deyə Tramp bildirib.