Pənah Hüseyn partiya sədrliyindən istefa verib
15 Dekabr 2025
Azərbaycan Xalq Partiyasının (AXP) sədri, sabiq millət vəkili Pənah Hüseyn partiya sədrliyindən istefa verib.
O bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda qeyd edilir ki, AXP-nin VII (növbədənkənar) qurultayı keçirilib və qurultay Pənah Hüseynin istefasını qəbul edib. Onun yerinə isə Qiyas Sadıqov AXP sədri seçilib.