Paşinyan: "Yeni konstitusiyasının qəbul edilməsi gündəmimizdədir"
05 İyul 2026
"Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi hakim Vətəndaş Müqaviləsi Partiyasının gündəmində qalmaqdadır".
Ermənistan KİV-i xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə xalqa müraciətində bəyan edib.
"Seçkinin nəticələrinə əsasən formalaşmış çoxluğun seçkiqabağı proqramına yeni konstitusiyanın qəbulu gündəliyi də daxildir", - deyə o bildirib.
Paşinyanın sözlərinə görə, konstitusiyanın əsas əhəmiyyəti hüquq qaydasının, konstitusiya quruluşunun bərqərar olmasından, habelə "bu quruluşun xalqla üzvi bağlılığının təmin edilməsindən" ibarətdir.