DÇ-2026: Fransa 1/4 finalçı olub
05 İyul 2026
Futbol üzrə dünya çempionatında Fransa Paraqvayı məğlub edib.
Filadelfiya stadionunda keçirilən 1/8 final mərhələsinin matçında avropalılar minimal hesabla (1:0) qələbə qazanıblar- 1:0.
Kobud oyuna görə təyin olunan penaltini 70-ci dəqiqədə Kilian Mbappe qola çevirib.
Bu qələbə sayəsində 1/4 finala yüksələn Fransanın rəqibi Mərakeş millisi olacaq.