İstanbulda İŞİD-ə qarşı əməliyyat nəticəsində 67 nəfər həbs edilib
03 Yanvar 2026
Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatda saxlanılan 72 şübhəli şəxsdən 67-si məhkəmənin qərarı ilə həbs edilib.
Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, yanvarın 2-də Ağrıda İŞİD-ə qarşı əməliyyat keçirilib və 10 şübhəli saxlanılıb. Bundan başqa, Yalovada 3 polisin həlak olmasına səbəb olan İŞİD-in təbliğatını aparan daha bir nəfər Siirtdə tutulub.