Parisdə Janna Darkın qılıncını oğurlayan kişi saxlanılıb
03 Yanvar 2026
Fransanın milli qəhrəmanı Janna Darkın Parisin VIII dairəsindəki heykəlinin qılıncını oğurlayan kişi polis tərəfindən saxlanılıb.
Bu barədə "Le Parisien" qəzeti məlumat yayıb.
Hadisə yanvarın 2-də səhər saatlarında baş verib.
Məlumata görə, kişi Sen-Oqyüsten meydanındakı heykələ dırmaşıb və at üstündə oturan döyüşçünün əlindəki qılıncı qoparıb. O, qılıncla qonşu küçəyə qaçıb, orada polis tərəfindən saxlanılıb.
Oğrunun bunu hansı niyyətlə etdiyi hələ bildirilmir. Polis onun psixi pozğunluqlarının olub-olmadığını müəyyən etmək üçün davranış ekspertizası keçirməyi planlaşdırır.