Logo
news content
User
Kateqoriyalar

Xəbər

Heqset ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçdiyini deyir, İran təkzib edir

ABŞ Hərbi Dəniz Donanmasına aid iki gəmi Hörmüz boğazından keçib.

Bu barədə ABŞ müdafiə naziri Pit Heqset öz “X” hesabında məlumat verib.

"“USS Frank E. Petersen Jr.” (DDG 121) və “USS Michael Murphy” (DDG 112) Hörmüz boğazından keçib və boğazın əvvəllər SEPAH tərəfindən qoyulmuş dəniz minalarından tamamilə təmizlənməsini təmin etmək üçün daha geniş bir missiyanın bir hissəsi olaraq Fars körfəzində fəaliyyət göstəriblər", - Heqset yazıb.

İran ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçidini təkzib edib.

Bu barədə “Tasnim”ə yüksək vəzifəli iranlı təhlükəsizlik rəsmisi bildirib.

Qeyd edilib ki, rəsmi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin bu gün Hörmüz boğazından keçdiyi ilə bağlı “Axios”un məlumatlarını qəti şəkildə rədd edib.

Atəşkəs qüvvəyə mindikdən sonra bu strateji su yolundan heç bir gəminin keçmədiyi vurğulanıb.