Bağçalı kürd liderin həbsdən azad edilməsi barədə danışdı
03 Fevral 2026
“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.
NTV xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdə partiyasının iclasında bildirib.
“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Bağçalı vurğulayıb.
O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da danışıb:
“Öcalan ümidə, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir”