ABŞ Ukraynaya 108 milyon dollarlıq Hawk raket sistemi avadanlığı satacaq
22 May 2026
ABŞ Dövlət Departamenti Ukrayna hökumətinə Hawk raket sisteminə dəstək üçün avadanlıq və onunla əlaqəli avadanlığın xarici hərbi şirkətlərə mümkün satışının təsdiqlənməsi barədə qərar qəbul edib.
Bu barədə Dövlət Departamentinin saytındakı məlumatda deyilir.
Təxmini ümumi dəyər 108,1 milyon dollar təşkil edir.
Qeyd olunur ki, Ukrayna hökuməti dirək quraşdırma qoşquların - əhəmiyyətli modifikasiyalar və texniki xidmətin ehtiyat hissələri, istehlak materialları və aksessuarların, həmçinin təmir və geri qaytarma dəstəyinin, ABŞ hökuməti və podratçıların mühəndislik, texniki və logistik xidmətlərinin və Franken SAM Hawk raket sistemlərinin logistik və proqram dəstəyinin digər əlaqəli elementlərinin satın alınmasını istəyib.
Dövlət Departamentinin məlumatında deyilir ki, bu satış "Avropada siyasi və iqtisadi sabitliyin hərəkətverici qüvvəsi olan tərəfdaş ölkənin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə nail olunmasına kömək edəcək".