Zelenski Lukaşenkonun görüş təklifinə cavab verdi: “Qabaqlayıcı zərbə vura bilərik”
22 May 2026
Ukrayna Prezidenti Volodimir Zelenski Belarus lideri Aleksandr Lukaşenkonun görüş təklifinə cavab olaraq rəsmi Kiyevin Belarusa qarşı qabaqlayıcı zərbə endirmək imkanlarının olduğunu bəyan edib.
Ukrayna dövlət başçısı bu barədə öz teleqram kanalında paylaşım edib.
Zelenski potensial təhlükə mənbələrinə qarşı hərəkətə keçə biləcəklərini vurğulayıb:
“Bizim həm Rusiya ərazilərinə qarşı – haradan ki təhlükə gələ bilər – həm də Belarusun faktiki rəhbərliyinə qarşı qabaqlayıcı şəkildə işləmək imkanımız var”.
Xatırladaq ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı danışmaq istəyəcəyi təqdirdə onu dinləməyə hazır olduğunu bəyan etmişdi. O, Belarus-Ukrayna münasibətlərindəki problemləri müzakirə etməyə açıq olduğunu bildirmişdi.