Logo
news content
User
Kateqoriyalar

Xəbər

CHP Ali Məhkəməyə müraciət edib

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayın nəticələrinin ləğvinə etiraz olaraq Ali Məhkəməyə müraciət edib.

Bu barədə CXP-nin məhkəmə qərarı ilə vəzifəsindən uzaqlaşdırılan keçmiş sədri Özgür Özel partiyanın qərargah binasının qarşısında keçirdiyi aksiyada bildirib.

"Bu gün Ali Məhkəməyə ilk etirazımızı bildirdik. Sabah Ali Seçki Şurasına da müraciət edəcəyik. Ali Məhkəmənin həmin qərarı ləğv etməsini gözləyirik", - Ö. Özel vurğulayıb.

Xatırladaq ki, mayın 21-də Ankara Bölgə Ədalət Məhkəməsi CXP-nin 4-5 noyabr 2023-cü ildə keçirilən qurultayının nəticələrini ləğv edib. Beləliklə, qurultayda CXP sədri seçilən Özgür Özel vəzifəsindən kənarlaşdırılıb, onun qalib gəldiyi Kamal Kılıçdaroğlu isə partiya rəhbərliyinə bərpa edilib.