Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uitkoff və Kuşnerin Pakistan səfəri baş tutmayıb

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı, dövlət başçısının kürəkəni Cared Kuşner İranla danışıqlar üçün Pakistana yola düşməyiblər və hələ də ABŞ-dədirlər.

Bu barədə "Axios" portalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Stiv Uitkoff və Cared Kuşner hələ də ABŞ-dədirlər. Onları bu gün səhər Mayamidən Avropaya, daha sonra isə Pakistana aparmalı olan Daxili Təhlükəsizlik Nazirliyinə məxsus təyyarə cəmi bir neçə dəqiqə əvvəl havaya qalxıb və hazırda Vaşinqtona istiqamət alıb", - deyə o yazıb.

"Ehtimal ki, onlar ABŞ Prezidenti Donald Tramp ilə görüşmək niyyətindədirlər", - deyə Ravid əlavə edib.

Bundan əvvəl CNN telekanalı mənbələrə istinadən bildirmişdi ki, ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens hələlik Vaşinqtonu tərk etməyib və Pakistanda İranla keçiriləcək danışıqlarda iştirak üçün yola düşməyib. Həmçinin Ağ Ev bu gün əlavə müşavirələr keçirməyi planlaşdırır və Vensin həmin iclaslarda iştirakı gözlənilir.