Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp və Netanyahu 3 saat İrandan danışdılar, İsrail Sülh Şurasına qoşuldu

İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Qəzza üzrə Sülh Şurasına qoşulması barədə sənədi imzalayıb.

Bu barədə Netanyahunun ofisi məlumat yayıb.

İmzalama mərasimi Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilib.

İmzalama Netanyahunun Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşündən əvvəl baş tutub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə keçirilən görüş təxminən üç saat davam edib.

Görüşdə ABŞ dövlət katibi Marko Rubio, hərbi nazir Pit Heqset, xüsusi elçilər Stiv Uitkoff və Cared Kuşner, eləcə də səfir Mayk Hakabi də iştirak edib.

İsrail nümayəndə heyətinə İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter, müdafiə naziri Roman Hoffman, milli təhlükəsizlik üzrə müşavir vəzifəsini icra edən Gil Rayx, Baş nazirin yeni Aparat rəhbəri Maykl Ayzenberq və siyasi müşavir Ofir Falk daxil olub.

İsrail mediasının məlumatına görə, görüşdə Vaşinqtonun İranla razılığa gələ bilməməsi halında birgə fəaliyyət planının hazırlanması müzakirə olunub.

"Channel 12" xəbər verir ki, hər iki tərəf razılaşmanın əldə olunma ehtimalına şübhə ilə yanaşır.