Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırıq

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna nümayəndə heyəti Rusiya və Belarus istisna olmaqla istənilən ölkədə danışıqlara hazırdır.

Zelenski bunu ukraynalı jurnalistlərə deyib.

“Biz ABŞ-ın təkliflərini dəstəkləməyə hazırıq, Amerikanın, Avropanın, neytral ölkənin istənilən ərazisində, istənilən dövlətdə görüşə bilərik, Rusiya və Belarus istisna olmaqla. Bizim üçün fərqi yoxdur, Mayami olsun, ya Əbu-Dabi. Əsas odur ki, nəticə olsun”, – deyə Zelenski vurğulayıb.