Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Müharibənin davam etməsi iqtisadi fəlakətə səbəb ola bilərdi

ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın davam etməsinin ciddi iqtisadi nəticələr doğura biləcəyini bildirib.

Tramp bunu Fransanın Evian-le-Ben şəhərində keçirilən G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“Görmək istəmədiyim bir şey var idi – iqtisadi fəlakət. Müharibə davam etsəydi, belə bir vəziyyət yarana bilərdi”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, ABŞ və İran arasında əldə olunan razılaşma məhz belə risklərin qarşısını almağa imkan verib.