"Güclü Ermənistan"dan deputatlığa namizədin toxunulmazlığı ləğv olunub
18 İyun 2026
Ermənistan Mərkəzi Seçki Komissiyası "Güclü Ermənistan" blokundan deputatlığa namizəd olan David Kazinyanı ("Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın partiyası) toxunulmazlıqdan məhrum edib.
Ermənistan mediası xəbər verir ki, bu qərar ölkənin Baş Prokurorluğunun vəsatəti əsasında qəbul edilib.
Vəkil, bu blokdan deputatlığa namizəd Aram Vardevanyan bildirib ki, cinayət işi rüşvət verməyə hazırlıqla bağlıdır. Kazinyanın adı hələ iki həftə əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən yayımlanan səsyazılarından birində hallanır.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb, buna əsasən "Vətəndaş müqaviləsi" 49,7456 % səs (64 mandat), "Güclü Ermənistan" - 23,2710 % (29 mandat), "Ermənistan" bloku isə 9,9231 % (12 mandat) əldə edib.