Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiya səfiri İrəvana qayıdıb

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Moskvada məsləhətləşmələrdən sonra İrəvana qayıdıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən TASS-a bildirilib.

“Moskvadakı məsləhətləşmələrdən sonra səfir İrəvana qayıdıb və öz işinə başlayıb, Rusiya Günü münasibətilə qəbul keçirəcək”, - XİN-dən qeyd olunub.

Qeyd edək ki, may ayının sonunda Kopırkin Ermənistan rəhbərliyinin Avropa İttifaqı ilə yaxınlaşması ilə əlaqədar məsləhətləşmələr üçün Moskvaya qayıdıb.