Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İran ordusunun xərclərini ödəyə bilmir, sürətlə iflasa uğrayır

İrana qarşı tətbiq etdiyimiz blokada “poladdan divardır”.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

O, yerli medianı İrana tətbiq olunmuş blokadanın əhəmiyyətini azaltmaqda ittiham edib.

Tramp vurğulayıb ki, ABŞ-ın icazəsi olmadan heç nə blokadanı yarıb keçə bilməz.

“İranın ticarət fəaliyyəti sıfırdır. Öz ordusunun xərcini, ümumiyyətlə heç bir xərcini ödəyə bilmir və sürətlə iflasa uğramış bir ölkəyə çevrilir. Çoxlu neft axır, həmd olsun Allaha”, - ABŞ Prezidenti qeyd edib.