ABŞ İrandan milyonlarla barel neft çıxarıb
11 İyun 2026
ABŞ Prezidenti Donald Tramp İran ərazisindən milyonlarla barel neftin çıxarıldığını bəyan edib.
Bu barədə o Ağ Evdə jurnalistlərə bildirib.
"Biz milyonlarla barel neft çıxarırdıq - milyonlarla barel. Hər gecə biz neft götürürdük. Milyonlarla barel neft çıxarılıb və məhz buna görə də qiymət 250 dollar yox, bir barel üçün 85-90 dollardır", - o deyib.
O həmçinin qeyd edib ki, müharibə tam başa çatdıqdan sonra yanacağın qiyməti aşağı düşəcək.