Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nigeriyada bazara hava zərbəsi endirilib, yüzlərlə insan ölüb

Nigeriyanın şimal-şərqində bazara endirilən hava zərbəsi nəticəsində azı 200 nəfər həlak olub.

“Reuters” xəbər verir ki, hadisə "Boko Haram" qruplaşmasına qarşı əməliyyat zamanı baş verib.

Nigeriya hərbi qüvvələri Yobe və Borno ştatlarının sərhədində yerləşən Cilli kəndindəki bazara zərbə endirib.

Yerli sakinlər və humanitar təşkilat nümayəndələri məlumatı təsdiqləyib.