Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bulvarda vandalizm - Lalələri kim bu hala salıb? - VİDEO

Dənizkənarı Milli Parkda yerləşən və müxtəlif güllərdən ibarət olan sahə yararsız hala salınıb.

Dağ lalələri dibindən qoparılıb, lalə və zanbaqlardan ibarət olan hissədəki çiçəklər qırılıb.

Paytaxt sakinləri gördükləri mənəzərədən təəssüf hissi keçirdiklərini deyirlər.

Dənizkənarı Bulvar İdarəsinin əməkdaşı Əkbər Nağızadə isə belə bir halın ciddi ictimai qınağa səbəb olduğunu deyir.

Əkbər Nağızadə qeyd edib ki, bu hal ərazinin estetik görünüşünə zərər vurmaqla yanaşı, sakinlərin də narazılığına səbəb olub.