Logo
news content
User
Kateqoriyalar

Xəbər

İran uranın zənginləşdirilməsini dayandırmaqdan imtina edib

ABŞ və İran arasında aparılan danışıqlar nüvə proqramı ilə bağlı fikir ayrılıqları səbəbindən nəticəsiz qalıb.

“Reuters” xəbər verir ki, İslamabadda keçirilən və uzun müddət davam edən danışıqlarda tərəflər əsas məsələlər üzrə razılığa gələ bilməyiblər.

Məlumata görə, ABŞ İranın nüvə proqramından imtina etməsini tələb edib, lakin Tehran bu şərti qəbul etməyib.

Bildirilir ki, tərəflər arasında əsas fikir ayrılığı məhz nüvə proqramı, sanksiyalar və Hörmüz boğazına nəzarət məsələləri ətrafında formalaşıb.

Buna baxmayaraq, bölgədə əldə olunan atəşkəs hələlik qüvvədə qalır, lakin vəziyyət qeyri-sabit olaraq qiymətləndirilir.