Logo
news content
User
Kateqoriyalar

Xəbər

Medvedev: Rusiya Ukraynada NATO qüvvələrini qəbul etməyəcək

Avropa dövlətlərinin Ukraynaya NATO üzvü ölkələrin qoşunlarının yerləşdirilməsi ilə bağlı təklifi Rusiya üçün qəbuledilməzdir. Bunu Rusiyanın Təhlükəsizlik Şurası sədr müavini Dmitri Medvedev deyib.

"Belə bir dövlətin ərazisində bizə düşmən münasibətli NATO üzvü ölkələrin xarici kontingenti yerləşdirilirsə, hansı zəmanətdən söhbət gedə bilər?", – Medvedev Moskva yaxınlığındakı iqamətgahında "Reuters", TASS və Rusiyanın "WarGonzo" hərbi bloquna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiyanın münaqişənin başa çatdırılması üçün şərtləri 2024-cü ildən bəri dəyişməyib. O zaman prezident Vladimir Putin bu şərtləri Xarici İşlər Nazirliyində çıxışında açıqlamışdı. Həmin çıxışda Ukraynadan onun Rusiyanın iddia etdiyi dörd vilayətindən – Donetsk, Luqans, Zaporojye və Xersondan qoşunlarını tam çıxarması tələb olunurdu.

Medvedev dünyanın getdikcə çox təhlükəli yerə çevrildiyini, Rusiyanın qlobal münaqişə istəmədiyini də vurğulayıb.

Moskvanın 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı işğala başlaması Qərblə Rusiya arasında Soyuq müharibə dövründən bəri ən böyük qarşıdurmaya səbəb olub.

"Vəziyyət çox təhlükəlidir.... Biz qlobal münaqişədə maraqlı deyilik. Dəli deyilik. Qlobal münaqişə istisna olunmur", – Medvedev bildirib. Onun sözlərinə görə, Qrenlandiyaya Rusiya, yaxud Çinin təhdid yaratmasına dair Qərbin iddiaları elə Qərb liderlərinin öz davranışlarını əsaslandırmaq üçün uydurduqları "dəhşət hekayələri"dir.