Logo
news content
User
Kateqoriyalar

Xəbər

Macarıstan Aİ-nin Ukraynaya 90 milyard avro kredit ayırmasını bloklayıb

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 90 milyard avro məbləğində kredit ayırmasını bloklayıb.

Bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti dörd mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, fevralın 20-də Macarıstanın Aİ yanındakı daimi nümayəndəsi vəsaitin ayrılmasına etiraz edib. O, son anda Aİ büdcəsinin təminatı altında birgə borcun buraxılmasına veto qoyub.

Belə bir qərarın qəbul edilməsi Avropa İttifaqının bütün 27 üzvünün yekdil dəstəyini tələb edir.