İranın ballistik raketlər üçün material istehsal edən azsaylı zavodlarından biri bombalanıb
07 Aprel 2026
İsrail Müdafiə Qüvvələri (IDF) İranda daha bir neft-kimya müəssisəsini bombalayıb.
Bu barədə IDF məlumat yayıb.
IDF-in məlumatına görə, Şiraz bölgəsində vurulan müəssisə İranda partlayıcı maddələr və ballistik raket materialları üçün vacib kimyəvi komponentlər istehsal edən azsaylı komplekslərdən biri olub.
Bildirilib ki, İsrail Müdafiə Qüvvələri müəssisəni bombalamaqla “rejimin hərbi imkanlarına dəyən ziyanı daha da artırıb”.