Ukraynada vuruşan Rusiya hərbçilərinin sayı açıqlandı
07 Sentyabr 2025
"Hazırda Ukrayna ərazisində olan Rusiya hərbçilərinin sayı təqribən 700 mindir".
Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov deyib.
Onun sözlərinə görə, bu say dəstək qüvvələrini, xüsusi xidmət orqanlarını və Rusiya Milli Qvardiyasını ehtiva edir.
Yusov qeyd edib ki, Rusiya qruplaşmalarının əksər hissəsi Donetsk vilayətində cəmləşib, bu da Kremlin əsas prioritetinə dəlalət edir.