Ukrayna ordusu Rusiyanın "tutduğu" Pokrovskın mərkəzində Ukrayna bayrağı qaldırılıb
12 Dekabr 2025
Ukrayna Silahlı Qüvvələri qızğın döyüşlərin getdiyi Pokrovsk şəhərinin mərkəzində dövlət bayrağını qaldırıb.
Bu barədə “Unian“ Ukrayna ordusuna istinadən məlumat yayılıb.
Bildirilir ki, bu əməliyyatla Ukrayna hərbçiləri Rusiya təbliğatının “şəhərin tam ələ keçirilməsi” barədə iddialarını təkzib edib.
Qeyd edək ki, dekabrın 1-də Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov şəhərin tamamilə ələ keçirildiyini bildirib.