Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uitkoff ilə Pəhləvinin gizli görüşü keçirilib

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İranın son şahının böyük oğlu Rza Pəhləvi ilə gizli görüş keçirib.

Bu barədə "Axios" portalı öz mənbələrinə istinadən məlumat yayıb.

Yüksəkvəzifəli amerikalı rəsmi bildirib ki, görüş ötən həftəsonu baş tutub. Portalın məlumatına görə, bu, İranda kütləvi nümayişlər və iğtişaşlar başladıqdan sonra ABŞ administrasiyası ilə müxalifət qüvvələri arasında yüksək səviyyəli ilk belə təmasdır.

"Pəhləvi İranın hazırkı iqtidarının devriləcəyi təqdirdə özünü keçid hökumətin lideri kimi təqdim etməyə çalışır", - portal qeyd edib.