Tramp İrandakı etirazçıları aksiyaları davam etdirməyə çağırıb: Kömək yoldadır
14 Yanvar 2026
İranda etirazçılara qarşı zorakılıq dayandırılana qədər ölkə rəsmiləri ilə bütün görüşlər ləğv olunub.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.
"İranlı vətənpərvərlər, etrazları davam etdirin – öz müəssisələrinizi ələ keçirin!!! Zorakılıq edənlərin adlarını unudun. Onlar ağır bədəl ödəyəcəklər. Mən etirazçıların mənasız qətlə yetirilməsi dayandırılana qədər bütün görüşləri ləğv etmişəm. Kömək artıq yoldadır", - Tramp qeyd edib.