Türkiyədə CHP lideri Özgür Özel barəsində istintaq başladılıb
30 Mart 2026
CHP lideri Özgür Özelin Aydın vilayətinin Kuşadası rayonunda keçirdiyi mitinqdə səsləndirdiyi fikirlərdən sonra barəsində istintaq başladılıb.
Ankara Respublika Prokurorluğu onun prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməsi iddiası ilə araşdırmaya başlayıb.
Məlumata görə, iş Türkiyə Cinayət Məcəlləsinin müvafiq maddəsi çərçivəsində aparılır.