ABŞ Səfirliyi Amerikanın İraqdakı universitetlərinə hücum təhlükəsi barədə xəbərdarlıq edib
30 Mart 2026
ABŞ-nin Bağdaddakı səfirliyi İraqdakı Amerika universitetlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Bu barədə "Əl-Hadath" telekanalı məlumat yayıb.
Səfirliyin açıqlamasında Bağdaddakı, eləcə də İraq Kürdüstanının Süleymaniyyə və Dohuk şəhərlərindəki təhsil müəssisələrinə qarşı real təhlükə olduğu qeyd edilib.
ABŞ tərəfinin məlumatına görə, müəyyən silahlı qruplar Amerika universitetlərinə hücum etmək niyyətindədirlər.
ABŞ səfirliyi bununla əlaqədar vətəndaşlarını İraqı dərhal tərk etməyə çağırıb.