Logo
news content
User
Kateqoriyalar

Xəbər

RSF: Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər

Jurnalistlər sadəcə ölmürlər, onları öldürürlər. Bu il öldürülən jurnalistlərin sayı yenə artıb. Onlar həm rəsmi, həm də yarımhərbi qrupların, mütəşəkkil cinayətkarlığın qurbanı olurlar. Son bir ildə öldürülən 67 media işçisindən azı 53-ü müharibələrin və kriminal şəbəkələrin qurbanına çevrilib. Bunu Fransada yerləşən Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) dekabrın 9-da bildirib.

Qurum son 12 ayda həlak olan jurnalistlərin 43 faizinin Qəzzada İsrail silahlı qüvvələri tərəfindən öldürüldüyünü bildirir. Ukraynada isə Rusiya ordusu həm xarici, həm də ukraynalı reportyorları hədəf alır. Sudan media əməkdaşları üçün çox təhlükəli müharibə zonasına çevrilib.

RSF bildirir ki, jurnalistlərə öz ölkələrində daha çox risk var. Bu il cəmi iki xarici jurnalist öldürülüb, qalanları öz ölkələrində xəbər hazırlayarkən qətlə yetiriliblər.

Hazırda dünyada 503 jurnalist həbsdədir. Çin jurnalistlər üçün ən böyük həbsxanadır, 121 jurnalist həbsdədir. Rusiya (48) ikinci yerdədir, həm də digər dövlətlərdən daha çox xarici jurnalisti, 26 ukraynalını həbsdə saxlayır. Myanma isə 47 jurnalistlə üçüncü yerdədir.

RSF Rusiya, Gürcüstan, Azərbaycan, Belarusda durumun keçmiş sovet məkanında mətbuat azadlığına ciddi təhdidləri əks etdirdiyini vurğulayır.