Paşinyan parlament seçkilərində səs verib
07 İyun 2026
Baş nazir Nikol Paşinyan parlament seçkilərində səs verib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanda parlament seçkiləri üçün səsvermə başlayıb. Ölkə üzrə 2005 seçki məntəqəsi açılıb və onlar saat 20:00-a qədər açıq qalacaq.
Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, 2 milyon 485 min 851 vətəndaşın səs vermək hüququ var.
Seçkilərdə iki siyasi blok - "Ermənistan" və "Güclü Ermənistan", eləcə də "Vətəndaş Müqaviləsi", "Çiçəklənən Ermənistan" və s. daxil olmaqla 16 partiya iştirak edir.
Xatırladaq ki, əvvəlki növbədənkənar parlament seçkiləri 2021-ci ildə keçirilib.