Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum edib
07 İyun 2026
Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı nüvə yanacağı anbarına pilotsuz uçuş aparatı ilə hücum etməkdə ittiham edib.
Şirkətin yaydığı məlumata görə, zərbə gecə saat 02:10-da endirilib.
Bildirilib ki, hücum nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Həmin binada istifadə olunmuş nüvə yanacağı saxlanılmadığından radiasiya təhlükəsi yaranmayıb.
“Enerqoatom”un məlumatına görə, obyektin ərazisində radiasiya fonu normativ həddə qalır və hadisə nəticəsində xəsarət alan olmayıb.